Menu

Rusiya deputatları Kim Çen Inı qonaq çağırıblar - Gələn ilə

03.12.2017, 00:15

Kim-Çen-Inın-yeni-planları-məlum-olubfcghn«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Dövlət Dumasının (DD) deputatları Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı 2018-ci ildə Moskvaya qonaq dəvət ediblər.

Səfər, iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 70 illik yubileyinə həsr oluna bilər.

«Biz, parlament rəhbərliyinin və Koreya Əmək partiyasının başçılığı ilə yoldaşlarımızı Moskvaya dəvət etdik» - deyə, KXDR parlamenti ilə əlaqələrin koordinasiyası üzrə Rusiya nümayəndə heyətinin başçısı Kazbek Taysayev bildirib. Koreya Əmək partiyasının bilavasitə rəhbəri KXDR lideri Kim Çen Indır.

Qeyd edək ki, oktyabrın ortalarında Şimali Koreya Ali xalq məclisinin nümayəndə heyəti Moskvada olub.

Deputatlar Federasiya Şurasında qəbul olunublar və bir sıra danışıqlar aparıblar. Bundan başqa, Şimali Koreya Ali xalq məclisinin sədr müavini An Don Çxuu Kim Çen Inın salamlarını Federasiya Şurasının sədri Valentina Motviyenkoya çatdırıb.

Matviyenko isə qonaqlara «firma» çay servizi bağışlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol