Menu

7-ci sinif şagirdi özünü asdı

04.12.2017, 10:59
7-ci sinif şagirdi özünü asdı

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol