Menu

ABŞ və Cənubi Koreya tarixdə ən böyük hərbi təlimlərə başlayıb - Müharibəyə hazırlıq?

04.12.2017, 11:33
ABŞ və Cənubi Koreya tarixdə ən böyük hərbi təlimlərə başlayıb - Müharibəyə hazırlıq?

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) və Cənubi Koreya (CK) Koreya yarımadasında tarixin ən nəhəng birgə hərbi təlimlərinə başlayıb.

Bu barədə «Assoşeyted Press» agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, məşqlərdə yüzlərlə təyyarə, o cümlədən qırıcılar və bəzi məlumatlara görə, bombardmançılar iştirak edir. Təxminən, 12 min nəfərə yaxın ABŞ hərbçisi hərəkətə gətirilib.

Cənubi Koreya müdafiə nazirliyinin (MN) bəyanatına görə, tədimlərin məqsədi - müharibənin baş verəcəyi təqdirdə müttəfiqlərin birgə fəaliyyətini məşq etməkdən ibarətdir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert MakMaster bəyan etmişdi ki, Şimali Koreya ilə müharibə gündən-günə yaxınlaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol