Menu

Müdafiə Nazirliyindən AÇIQLAMA: “Prezidentin tapşırığı icra olunur”

04.12.2017, 13:26

azeri sulhmeramli orduAli Baş Komandan cənab İlham Əliyev NATO toplantısındakı çıxışında Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağını bildirib.

Müdafiə Nazirliyindən bildirilib ki, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıq Müdafiə Nazirliyi tərəfindən icra olunmaqdadır.

“Verilən bu siyasi qərarın həyata keçirilməsi ilə əlaqədar müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilir. Sülhməramlıların sayının artırılması prosesinin gələn ilin ilk rübünədək həyata keçirilməsi planlaşdırılır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol