Menu

Şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq

04.12.2017, 14:07
Şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq

Bakutel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi və konfransı çərçivəsində yeni şəxsiyyət vəsiqələrinin təqdimatı keçiriləcək.

Trend-in məlumatına görə, bunu sərginin açılışına həsr olunmuş mətbuat konfransı zamanı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ildən başlanılacaq: “Şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq. Elektron imzaların yazılması ödənişsiz həyata keçiriləcək. Bununla da hər bir vətəndaş elektron xidmətlərin üstünlüklərindən yararlana biləcək”.

Qeyd edək ki, BakuTel-2017 sərgisi dekabrın 5-dən 8-dək keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol