ATƏT-in Parlament Assambleyasının (PA) demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitəsinin Bakıda keçirilən 23-cü sessiyasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli ilə bağlı məsələ yenidən qabardılıb.
Virtualaz.org-un tədbirdə iştirak edən müxbiri xəbər verir ki, məsələni bu dəfə də norveçli parlamentarilər tərəfindən qaldırılıb. Onlar bildiriblər ki, Anar Məmmədli qanunsuz olaraq həbs edilib və siyasi baxışlarına görə təqib olunur.
Bundan başqa, onlar Azərbaycan hökumətini siyasi məhbusları azad etməyə çağırıblar: “Azərbaycan gözəl ölkədir və biz onun dostları kimi arzu edirik ki, o, dünyada siyasi məhbuslar ölkəsi kimi tanınmasın”.


Şərhlər