Menu

Avroqrupun yeni sədri məlum olub

04.12.2017, 21:04
Avroqrupun yeni sədri məlum olub

Portuqaliyanın maliyyə naziri Mario Senteno Avroqrupun yeni sədri seçilib.

APA-nın verdiyi xəbərə görə, bu barədə TASS agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.

Qeyd edək ki, Avroqrupun hazırkı rəhbəri, Niderlandın maliyyə naziri Yerun Daysselblumun səlahiyyət müddəti 2018-ci il, yanvarın 13-də başa çatır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol