Menu

Almaniya polisi erməni boksçuların mafiya ilə əlaqələrini araşdırır

04.12.2017, 21:32
Almaniya polisi erməni boksçuların mafiya ilə əlaqələrini araşdırır

Almaniyada hüquq-mühafizə orqanları erməni əsilli boksçular Karo Murat və Artur Abrahamı mafiya ilə əlaqələri olmaqda şübhəli bilir.

Virtualaz.org xarici KİV-ə istinadla bildirir ki, K.Murat 3 il əvvəl Erfurt şəhərində silahlı qruplaşmalar arasında atışmada iştirak etməkdə, A.Abraham isə bu ilin aprelində mafiya üzvləri ilə əlaqədə şübhəli bilinir.

MDR Thuringen nəşrinin məlumatına görə, K.Muratın adına qeydiyyatda olan qara rəngli "Mersedes" atışma yerində olub. Müşahidə kameraları isə əlində “beysbolka” və tünd rəngdı çanta olan şəxsi görüntüyə alıb. Erməni idmançı bu ittihamı rədd edir və bildirir ki, həmin hadisə baş verərkən o, Berlində olub.

Almaniya polisi hər iki boksçunun əlaqələrini və telefon danışıqlarını araşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol