SAAKAŞVİLİYƏ 24 SAAT VAXT VERİLDİ - - Foto +VİDEO

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) müstəntiqinin yanına getməsi üçün bir sutka vaxt verilib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadla verdiyi məlumata görə, bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib.

Onun sözlərinə görə, əks halda, hüquq-mühafizə orqanları Saakaşviliyə qarşı güc tətbiq edəcəklər.

***

Kiyevdə bir neçə saat əvvəl saxlanılmış Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili azadlıqdadır.

APA-nın məlumatına görə, bu barədə görüntülər M. Saakaşvilinin “facebook” səhifəsində canlı yayımda nümayiş olunub.

Mixeil Saakaşvilinin tərəfdaşları onu Ukrayna güc strukturlarına məxsus mikroavtobusdan çıxarıblar. M. Saakaşvili güc strukturlarının əməkdaşlarının əlindən çıxaraq tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb.

* * *

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini Kiyevdə yaşadığı binanın damında tutublar və əllərini qandallayaraq aparıblar.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Saakaşvilini tutulana qədər binanın damından tərəfdarlarını küçələrə çıxmağa və onun oğurlanmasına imkan verməməyə çağırıb. O, prezident Pyotr Poroşenkonu “oğru” və “xain” adlandırıb. “Ukraynanlılardan xahiş edirəm mənim oğurlanmağıma imkan verməsinlər. Poroşenko və bandasının qanunsuzluğuna, oğurluğuna imkan verməyin”-Saakaşvili bildirib.

Lakin xüsusi təyinatlılar dama qalxaraq onu tutublar. Saakaşvilinin tərəfdarları onun həbsinə mane olmaq üçün xüsusi təyinatlılarla qarşıdurmaya giriblər. Amma müvəffəq olmayıblar. Təhlükəsizlik Xidmətinin saytında göstərilir ki, Saakaşvili cinayətkar qruplaşmanın fəaliyyətində iştirak etməkdə və həmin qruplaşmanın cinayət əməllərini gizlətməkdə ittiham olunur. Bu ittiham üzrə onu 5 ilə qədər həbs gözləyir. Siyasətçinin vəkili Pavel Boqomazov isə deyib ki, Saakaşvilini dövlət çevrilişi cəhdində ittiham edirlər.

***

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin evində axtarış həyata keçirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, axtarış vaxtı Saakaşvili evinin damına çıxıb və etiraz olaraq özünü yerə atacağını deyib.

"İndi Saakaşvili damdadır və hüquq-mühafizə orqanları əməkdaşları olduğu güman edilən şəxslərlə danışıqlar aparır. Səs-küy gəlir. Siyasətçi ona toxunacaqları təqdirdə özünü binanın damından aşağı atacağını deyir", - Ukraynanın "1+1" telekanalı məlumat verib.

Telekanalın bildirdiyinə görə, Saakaşvilini saxlamağa çalışıblar.

Son məlumata görə, Kiyevdə hüquq-mühafizə orqanları Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini evinin damında artıq saxlayıblar.

"RİA Novosti" xəbər verir ki, bu barədə onun silahdaşları bildiriblər.

Saakaşvili hakimiyyəti devirməyə cəhddə ittiham olunur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Pavel Boqomazov məlumat verib. "Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur", - vəkil deyib.

Başqa bir məlumata görə isə Saakaşviliyə qarşı cinayətkar təşkilatların iştirakçılarına kömək göstərmək və onların cinayətkar fəaliyyətlərini gizlətmək maddəsi üzrə ittiham irəli sürülüb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidmətindən bildirilib. Onun dindiriləcəyi planlaşdırılır.

635x100

Şərhlər

G.M 2017-12-05 22:42:32

ABŞ ,Ukraynanı Rusiyadan bir dəfəlik qurtarmaq,Avropa ailəsinə daxil etmək üçün Saakaşvilini müdafiə etdikcə Rusiyada böyük bir qısqanclıq yaranır.Ancaq sonda ABŞ buna nail olacaq.Çünki,Xalqın da istəyi Avropaya qovuşmaqdır.Karrupsaner rus rejimi inkişafı əngəlləyir.Saakaşvilini həbs eləsələr də onu cizmən məhv eləmək isə artıq mümkün deyil.

Yaşar 2017-12-05 22:42:32

Ukraynada 2019-cu ildə seçkilər olacaq niyə Saakaşvili seçimlə yox məs hərbə zorba ilə yəni inqilabla hakimiyyətə gəlmək istəyir. Orda azad seçim var Azərbaycan deyil.Çünki özü və tərəfdarları seçkiyə qatılsa heç 0,5 faizdə səs qazanmayacaq. Gürcüstanda aparılan reformaların əsas şəxsi Kaxa Бенduкidzе olmuşdur. Buyurun baxın o insan haqqında məlumat. https://www.youtube.com/watch?v=BYRaReECDyE sadəcə kimlərsə həmişə Saakaşvilini reklam etmişdir.

G.M 2017-12-05 22:42:32

Sizə deyirdim ki,Saakaşviliylə bacarmırlar.Çünki,Ukrayna əhalisi azad olmaq istiyir.Onlar bu azadlığı Saakaşvilinin simasında reallaşdıracaqlarına,Saakaşvilinin karrupsiyaya nifrət etməsinə inanırlar.Ukraynalılar Saakaşvilinin şəxsində Azadlıqlarını,Demokratiyanı müdafiə edirlər.XALQ BİR OLSA DAĞ OYNADAR YERİNDƏN.

t.ədalət 2017-12-05 22:42:32

Saakaşvili rus imperiyasını dağıtmaq üçün ABŞ tərəfindən idarə olunur.Putin və Poroşenko da ona dəstək verirlər.O,Ukraynaya demokratiya gətirəcək.Ukraynadakı dəyişikliyi görmək uzun çəkməyəcək.Tezliklə rusiyadakı muxtar qurumlar ayağa qalxacaq.Böyük kapital toplayan oğru prezidentlərin ipi dünya bankının əlindədir.İstənilən vaxt o pulların aktivliyi dayandırıla və istifadə hüququ ömürlük bağlana bilər.

REDAKTOR 2017-12-05 22:42:32

SAAKASVİLİNİN CƏSARƏTİNƏ BİR DAHA DUNYA HEYRAN OLDU. BƏLKƏ DƏ BUNU COXLRİ GOZLƏMİRDİ. AMMA AZADLİQ NAMİNƏ VURUSANLAR ONU OZLƏRİNƏ LİDER SECİB. FƏRQİ YOXDU UKRAYNALİLAR UCUN. SADƏCƏ BU MİSİYA HAZİRDA MİSANİN TALEHİNƏ YAZİLİB. OLA BİLƏR BU GUN MİLLƏT SON MƏQSƏDİNƏ CATMASİN. AMMA ONLARİN XATİRƏSİNDƏ SAAKASVİLİ OMUR BOYU DEMOKRATİK VƏ GUCLU İDARƏCİLİYİ BİLƏN SİYASƏTCİ KİMİ QALACAQ. AZ İS DEYİL Kİ GURCU BALASİ OLUB BUTUN OLKƏNİ AYAĞA QALDİRASAN. DEMƏLİ MİLLƏT KİMİ İSDƏSƏ QALDİRA VƏ YA ENDİRƏ BİLƏRMİS. MİLLƏT...

Asim 2017-12-05 22:42:32

Eşq olsun Ukrayna xalqına! Bax millət belə olar. Daha 10-15 banditin əlində əsr-yesir olmaz.

Elcin Naxcivanli 2017-12-05 22:42:32

Buraxdilar,Xalq blok etdi masini ,apara bilmediler!

Elcin Naxcivanli 2017-12-05 22:42:32

https://www.youtube.com/watch?v=yA30K3z5PSw Saakasvilini xepis etseler de evinin onunden uzaq apara bilmirler!

Hörmət 2017-12-05 22:42:32

Saakaşvilinin babası Saakyan Tbilisi dövlət universitetinin rektoru olub.

Elnur 2017-12-05 22:42:32

Xalq hakimiyyeti teleb edir....xalq hakimiyyetini.... bu adam gurcustanda her sheyi oz yerine qoydu....chox prinsipial adamdi.... xalqin maraqlarini nezere aldigina gore xalqda onu destekleyecek..... ukrayna birden bire chox qabaga gede biler.... inanilmaz derecede....demokratiya bashqa sheydi....

Son yazılar