Menu

"Azərbaycan Avropa İttifaqına inteqrasiyanın tərəfdarı deyil" - Səməd Seyidov

05.12.2017, 13:36

1390889209_samad_seyidov_291106-bigAzərbaycan Avropa İttifaqına inteqrasiyanın deyil, bu birliklə qarşılıqlı faydalı əməkdaşlıq etməyin tərəfdarıdır”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, hər hansı birliyə inteqrasiya ölkənin müqəddəratını həmin təşkilata həvalə etmək deməkdir: “Azərbaycan çoxtərəfli münasibətləri inkar etmir. Biz də nə vaxtsa Avropa İttifaqı ilə müqavilə imzalayacağıq. Lakin bu gün bizim əsas prioritetimiz strateji əməkdaşlığı genişləndirməkdir. Gələcəkdə isə Avropa İttifaqı ilə münasibətləri çox ciddi təhlil edəndən sonra bu təşkilatla Azərbaycanın maraqlarına uyğun hər hansı bir saziş imzalanacaq”.

Şərhlər

Müfəttiş 2017-12-05 13:36:16

Bürada Azərbaycan hökuməti yazılsaydı daha düzgün ifadə etmiş olardınız. Aİ-yə inteqrasiya, sizin maragınız ola bilməz...

Asim 2017-12-05 13:36:16

Yaxşı olardı ki, Səməd deyəydi ki, biz rusiyanın qorxusundan Aİ=yə girməyəcəyik.Kimsə düşünürsə ki, Qarabağın azad olmasında Rusiya bizə kömək edəcək-cox yanılırlar. Yeltsin dövrü belə bir imkan vardır.Ancaq o fürsət də əldən buraxıldı.Qarabağın azad olması üçün ölkədə demokratik dəyərlər ən yüksək səviyyədə olmalıdır. O da ki, "0" səviyyəsindədir. Bundan isə erməni düşmənlərimiz maksimum istifadə edirlər.

əli 2017-12-05 13:36:16

20-25 ildə təhlil edə bilməyənlər qorxuram bunu heş edə bilməsinlər

Mərifət Mollayev 2017-12-05 13:36:16

Qlobal nüfuzlu Səməd bəy, rəsmi görüşlərdə Azərbaycan sözü ilə yanaşı XALQımızın haqqlarının kəskin qoyulduğunun şahidi olmuruq? Terrorbaşçısı geri çəkilmir ki, milliyəti onu məhv edər və yazırlar ki, Aİ nümayəndələrimizi-Sizləri bayırda gözlədib. Bəs, Bizimkilər demirsiniz ki, niyə ərazimizi Artsax kimi zəbt edən işğalçıyla bir təşkilat-Aİ ilə iri kapitalla da saziş bağlamalıyıq? Yoxsa, LONDONU Bakı əvəz edir?

Abit 2017-12-05 13:36:16

Kimdi seni ora buraxan

Memmed 2017-12-05 13:36:16

Ay semed sen ne danışgnı biıirsenmi 9 milyonluq xalq avropaya intiqrasya isteyir sende gelib novruz memmedovla beraber aglınıza geleni danışırsız xalq bir menalı intiqrasya ve avropa ve n a t o ya girmek isteyir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol