Menu

Türkmənistan İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verir

05.12.2017, 13:55

Gurbanguly+Berdymukhamedov+Turkmenistan+President+hF4zpEmmOBolTürkmənistan İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verir.

“Report” Türkmənistan KİV-inə istinadən bildirir ki, ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə məhkəməyə təqdim ediləcək sənədləri hazırlamağı tapşırıb.

Qeyd edək ki, Türkmənistanın “Turkmenqaz” Dövlət Şirkəti İrandan 1,8 milyard dollar (bəzi mənbələrin məlumatına əsasən, 2 milyard dollar) məbləğində nəql etdiyi təbii qazın pulunu tələb edir. İran tərəfi isə məbləğə yenidən baxılmasını istəyir.

Xatırladaq ki, Türkmənistan KİV-i İranla təbii qazla bağlı yaranan münaqişə barəsində ilk dəfə məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol