Menu

Hitleri "satan" keçmiş kral vəfat etdi

05.12.2017, 18:53
Hitleri "satan" keçmiş kral vəfat etdi

Rumıniyanın keçmiş kralı I Mixay İsveçrədəki iqamətgahında 96 yaşında vəfat edib.

Trend-in məlumatına görə, sabiq kral bir ildən çox idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, I Mixay Rumıniya İkinci Dünya Müharibəsində Hitler Almaniyasının müttəfiqi olarkən antifaşist koalisiyaya qoşularaq Almaniyaya müharibə elan etmişdi.

1947-ci ildə Rumıniyada monarxiya üsul-idarəsi ləğv olunduqdan sonra Mixay İsveçrəyə mühacirət etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol