Menu

İranda güclü zəlzələ olub

05.12.2017, 21:35
İranda güclü zəlzələ olub

İranda şimalında 4,8 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, təkanlar bir neçə dəqiqə əvvəl Gilan vilayətinin Ləngərut şəhərində qeydə alınıb.

Zəlzələnin dərinliyi 23 km olub. İnsan itkisi və dağıntı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında baş verən 7,2 bal gücündə zəlzələdə son məlumata görə, 569 nəfər həlak olub. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol