Menu

Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək

06.12.2017, 11:10
Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək

Sabah, dekabrın 7-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçiriləcək.

“Report”un xəbərinə görə, “Bulvar Otel”də keçiriləcək konfransda iştirak edəcək 116 nümayəndə seçilib.

Konfransda bir sıra məsələlər müzakirə olunacaq, habelə VK Rəyasət Heyətinə yeni üzvlər və sədr seçiləcək. Rəyasət heyətinin üzvlüyünə və sədrliyinə namizədlər konfrans zamanı irəli sürüləcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol