Menu

Marşrut avtobusu iki qadını vuraraq öldürüb

06.12.2017, 13:45
Marşrut avtobusu iki qadını vuraraq öldürüb

Sumqayıt şəhərində marşrut avtobusu iki nəfəri vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 5-də saat 07:00 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində şəhər sakini Məhəmməd Behbudov idarə etdiyi “Hyundai” markalı 501 saylı xətt avtobusu ilə yolu keçən şəhər sakinləri Nüşabə Rzayevanı və Arzuyə Abdullayevanı vurub, nəticədə piyadalar hadisə yerində ölüblər.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol