Menu

«Trampın dövründə ABŞ dünya lideri rolunu oynaya bilmir» - Almaniya XİN

06.12.2017, 16:09

ziqmarDonald Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlar «ümumdünya əhəmiyyətli siyasi qüvvə rolunu zəif oynayır». Avropanın və Almaniyanın Amerika Birləşmiş Ştatlarına (ABŞ) yönəlik siyasətinə yenidən baxmaq qaçılmazdır və öz maraqlarımızı daha inamla qorumaq gərəkdir. Bu bəyanatla Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Ziqmar Qabriel çıxış edib (Suddeutsche.de).

«Bu, o deməkdir ki, bizim rəqib qismində qəbul olunmağımız qaçılmazdır» - deyə, nazir əlavə edib. Onun sözlərinə görə, ABŞ Almaniyanı başqa «qiyafə»də - «çoxları arasında rəqiblərdən biri» qtsmində görməyə başlayıb.

«Mövqeyimizin özümüz tərəfindən cızılması və ehtiyac yarandığı təqdirdə, həmkarlarımızın keçməsini qadağan edən qırmızı xətti özümüzün çəkməsi vacibdir» - almaniyalı nazir qeyd edib.

Bundan əvvəl Qabbriel ABŞ-n anti-Rusiya sanksiyalarını tənqid etmişdi, çünki sanksiyalar Avropa müəssisələrinin maraqlarına toxunur. Məsələn, nazir bilirmişdi ki, sanksiyalar Rusiyanın ixrac boru kəmərlərinin tikintisinə və tikintilərə xidmət göstərməyə, informasiya dəstəyi verməyə və s. fəaliyyətlərə investisiya yatırmağa hazır olan müəssisələrin maraqlarına toxunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol