İnternetdə Donetsk separatçılarının Ukrayna hərbçiləri tərəfindən əsir götürülməsi videosu yayılıb.
Axar.az xəbər verir ki, video Ukrayna Müdafiə Nazirliyi tərəfindən qeydə alınıb.
Görüntülərdə kamufulyajda olan naməlum şəxslərin əllərində ağ bayraqla ukraynalı hərbçilərə təslim olması yer alıb.
Qeyd edək ki, dünən Ukrayna rəsmiləri aparılan anti-terror əməliyyatları nəticəsində separatçıların əksəriyyətinin ordu qüvvələrinə təslim olduqlarını bəyan etmişdilər.


Şərhlər