Menu

Quba-Xınalıq yolunda maşın çaya düşüb

07.12.2017, 22:45
Quba-Xınalıq yolunda maşın çaya düşüb

Bu gün Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xınalıq yolunun 37-ci km-də baş verib. "Toyota Prado" markalı maşın yoldan çıxaraq çaya düşüb. Qəza zamanı xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol