Menu

"Vəkillər Kollegiyası səhlənkarlıq edib" - Yeni sədr

08.12.2017, 11:50
"Vəkillər Kollegiyası səhlənkarlıq edib" - Yeni sədr

"Vəkilliyə qəbulun gecikməsində Vəkillər Kollegiyasının da çatışmazlığı və səhlənkarlığı olub".

APA-nın məlumatına görə, bunu gələn il yanvarın 1-dən nümayəndəlik institutunun ləğvi və vəkilliyə qəbul prosesindəki gecikmə ilə bağlı Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov bildirib.

A. Bağırov deyib ki, Vəkillər Kollegiyasının rəhbərliyi istefa verdiyindən və qurum konfransa hazırlaşdığından vəkilliyə qəbulla bağlı sənədlərin qəbulu və umumilikdə bu prosesdə gecikmə yaşanıb: "Biz ən qısa müddətdə sənədlərin qəbulu prosesini bərpa edəcəyik. Bir neçə gün ərzində bu prosesə başlanacaq".

Qeyd edək ki, qanunvericiliyə edilən son dəyişikliyə əsasən, Azərbaycanda nümayəndəlik institutu ləğv edilib, yanvarın 1-dən mülki və inzibati məhkəmə işlərində nümayəndələr iştirak edə bilməyəcək. Azərbaycan prezidenti İlham Əliyev vətəndaşların məhkəmələrdə hüquqi müdafiəsinin təmin edilməsi üçün vəkillərinin sayının artırılmasını vacib sayıb, bununla bağlı Vəkillər Kollegiyasına müvafiq tapşırıq verilib.

Şərhlər

Vətəndaş 2017-12-08 11:50:36

Məqalədən görünür ki, qanunvericiliyə edilən son dəyişikliyə əsasən, ölkədə nümayəndəlik institutu ləğv edilib, yanvarın 1-dən mülki və inzibati məhkəmə işlərində nümayəndələr iştirak edə bilməyəcək. Əgər vəkillər pulsuz işə çıxsaydı bu yaxşı ola bilərdi. Nümayəndə beləydi ki, çox halda yaxın adam olub pulsuz və ya cüzi hörmətlə işə çıxırdı. Vəkillər isə adamı soyur və müqavilə bağlamaq üçün ən azı 1000 manat adamdan qoparırlar. Nə isə kasıblar üçün pis hal oldu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol