Asim Mollazadə: “Bakıda Rusiya əleyhinə qəbul edilən qətnamə Rusiya-Azərbaycan münasibətlərinə qətiyyən mənfi təsir göstərməyəcək”
“Bakıda Rusiya əleyhinə qəbul edilən qətnamə Rusiya-Azərbaycan münasibətlərinə qətiyyən mənfi təsir göstərməyəcək”. Bunu AzPolitika.info-ya açıqlamasında millət vəkili Asim Mollazadə ATƏT PA prezidenti Ranko Kirovokapiçin sədrliyi ilə Bakıda keçirilən 23-cü yay sessiyasında Rusiya əleyhinə qətnamə qəbul edilməsinin Rusiya-Azərbaycan münasibətlərinə təsirindən danışarkən deyib. Onun sözlərinə görə, bu qətnamənin Azərbaycana heç bir aidiyyatı yoxdur:
“Rusiyaya qarşı qəbul edilən qətnamənin Azərbaycana heç bir aidiyyatı yoxdur. Azərbaycan sadəcə ATƏT-in Parlament Assambleyasının keçirilməsi üçün şərait yaradıb. Həmin tədbirdə nə sənədlər təsdiqlənirsə və qəbul edilirsə bu ATƏT-in verdiyi qərarlardır, Azərbaycanın yox”.
Asim Mollazadə eyni zamanda həmin qətnamənin qəbulu zamanı Azərbaycan tərəfinin Rusiya əleyhinə səs verməsi məsələsinə də toxundu: “Azərbaycanın öz torpaqları da işğal altında olduğu üçün, hər hansısa bir dövlətin ərazi bütövlüyünün pozulmasının əleyhinədir və ona görə də bu cür səs verməli idi”.
Ülkər Musazadə


Şərhlər