Menu

Jurnalist hüququndan sui-istifadəyə görə cəza dəyişdirilir

08.12.2017, 17:45
Jurnalist hüququndan sui-istifadəyə görə cəza dəyişdirilir

Azərbaycanda inzibati tənbeh almış mətbu nəşr bir il ərzində jurnalist adından sui-istifadəyə təkrar yol verərsə, fəaliyyəti dayandırılacaq.

APA-nın məlumatına görə, bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu (Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi) maddəsinə əlavələr təklif edilir.

Təklif olunan layihəyə əsasən, kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

NURəddin 2017-12-08 17:45:27

polis qədər vəzifəsindən sui istifadə edən yoxdur.Bəs onların fəaliyyətləri niyə dayandırılmır, əksinə səlahiyyətləri artırılır? Əliyə olar,Vəliyə olmaz?

Mirzə AĞ 2017-12-08 17:45:27

Bəs, 15-20 il ərzində nazir adından sui-istifadə edənlər nə olacaq?! Nə düşmüsünüz bu "yoluq" mətbuatın üstünə?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol