Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması haqda müqavilə bu ilin oktyabrında imzalana bilər.
Musavat.com-un erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov aşıqlama verib.
“Müvafiq sənədlərin imzalanması yəqin ki, Minskdə, oktyabr ayında, AİB dövlət başçılarının növbəti görüşündə baş tutacaq”, - deyə nazir bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dünən diplomatlarla görüşdə demişdi ki, Ermənistan tezliklə qurumun üzvü ola bilər.
Öz növbəsində Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan bəyan edib ki, Avrasiya İqtisadi Komissiyası Ermənistanın AİB-ə qoşulması haqda müqaviləni dövlətlərarası razılaşma üçün onlara göndərib.


Şərhlər