Menu

BMT-nin bazasına hücum - 19 ölü, 53 yaralı

08.12.2017, 22:06
BMT-nin bazasına hücum - 19 ölü, 53 yaralı

Konqo Demokratik Respublikasında naməlum silahlılar BMT Sabitlik Missiyasının (MONUSCO) bazasına hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Semuliki yaşayış məntəqəsində qeydə alınıb.

Hadisə nəticəsində 14 BMT sülhməramlısı və 5 Konqo hərbçisi həlak olub, 53 sülhməramlı yaralanıb.

Hücumun üsyançı “Birləşmiş demokratik qüvvələr” (ADF) qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

Ölən və yaralanan sülhməramlıların vətəndaşlığı və milliyyəti barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol