İŞİD silahlıları ötən gecə İraqın kürdlərin "Beşmərkə" dəstələrinə məxsus döyüşçülərin nəzarəti altında olan Kərkük şəhərinə daxil olublar və şəhərin cənubundakı sənaye ərazisində yerləşən və onu Tazexurmatu rayonu ilə birləşdirən “Kesnezani Tekkesi” körpüsü üzərində təşkilatın bayrağını asıblar.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, sakinlər bu barədə polisə məlumat veriblər, polis isə öz növbəsində bayrağı oradan çıxarıb.
Hökumət hadisəni silahlıların Kərkükə daxil olma cəhdinin müjdəçisi kimi qiymətləndirib.
Şəhərdəki bütün hərbi birləşmələr döyüş hazırlığı vəziyyətindədir.


Şərhlər