Menu

İranda yenə güclü zəlzələ - 5,9 bal

12.12.2017, 13:34
İranda yenə güclü zəlzələ - 5,9 bal

İranın şərqində Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yerlatı təkanlar Kirman şəhərindən 49 kilometr şimalda qeydə alınıb.

Zəlzələnin episentri yerin 40 kilometr dərinliyində olub. Hadisə nəticəsində fəsadlar və ya itkilərin olub-olmaması barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün İran və İraq sərhədində 5,6 bal gücündə zəlzələ baş vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol