Menu

Vahid çağrı mərkəzi yaradılır

12.12.2017, 14:24
Vahid çağrı mərkəzi yaradılır

2018-ci ilin yanvarından Azərbaycanda “155” vahid dəstək xidmətinin çağrı mərkəzi fəaliyyətə başlayacaq.

Bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Çağrı mərkəzi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra struktur bölmələrini birləşdirəcək.

Məlumata görə, yeni çağrı mərkəzi vətəndaşların “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi”, elektron xidmətlər, elektron imza ilə bağlı müraciətlərinə cavab verəcək.

Vahid çağrı mərkəzi vasitəsilə, həmçinin “107”, “109” və “153” (dərman preparatları barədə məlumat xidməti) xidmətlərindən istifadə etmək mümkün olacaq.

Şərhlər

məmmədqulu 2017-12-12 14:24:24

Beləlıiklə qiymətlər yenidən qalxacaqdır!! Hamısıda vahid oqoşkaya axacaqdır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol