Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən ticarət nümayəndələrinə - Əliyev Ruslan Allahverdi oğlu, Əliyev Elnur Əli oğlu, Nadiroğlu Teymur Mahmud oğlu və Nağdəliyev Nemət Zeynal oğluna ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Qeyd edək ki Nemət Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin oğludur.

Şərhlər
Zeynal nagdeliyevin oglu hansi olkeye sefirliye gonderilib?
Belə hallara g[rə sadə vətandaşların evladları işsiz qalır,xarici ölkələrə üz tutur,işsizlik artır və ən əsası Konstitusiya maddələri pozulur.Hökumət isə belə halları sanki bilmir və ya görmür.
O
Yox bir, bəlkə rütbə Məmmədhəsən əminin oğluna veriləcəkmiş. Təbii ki, Zeynal bəyin oğluna veriləcək.
İndiyə qədər Qarabağda neçə nəfər məmur övladı şəhid olub? Kimdə məlumat varsa paylaşsın. O ki qaldı vəzifələrin tutlmasına- gerçəklik budur: Bütün məmurlar və onların yaxınları ağıllıdırlar!!!
Görəsən bu uşaqlar cəbhənin hansı istiqamətində döyüşlərdə iştirak ediblər?
Z. Naqdaliyev, KIV -ler MUNTEZEM yazir ki, chox rayonlarda
IH bashchilari, RUSHVET - KORRUPSIYA ile meshquldurlar, amma, sen
esla NARAHAT OLMURSAN......