Menu

Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı notların yarısını sata bilməyib

13.12.2017, 18:42
Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı notların yarısını sata bilməyib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100266S dövlət qeydiyyat nömrəli, 300 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 11 investor qiyməti 98,8472 manat (14,99%) – 99,2278 manat (10,01%) olan 14 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 357 600 manat olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8472 manat (14,99%), orta ölçülmüş qiyməti 99,0443 manat (12,41%) müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 10 yanvar 2018-ci ildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol