Menu

Kanada Ukraynaya letal silah verəcək

14.12.2017, 00:29
Kanada Ukraynaya letal silah verəcək

Kanada Ukraynaya letal (öldürücü) silah verəcək. APA-nın xəbərinə görə, bu barədə Kanada hökumətinin rəsmi “Canada Gazette” jurnalı məlumat verib.

“Ukrayna Kanada tərəfindən letal silah verilən ölkələrin siyahısına daxil edilib”, məlumatda deyilir.

Qeyd olunur ki, müvafiq dəyişiklik 2017-ci il, dekabrın 13-dən qüvvəyə minir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol