Menu

Göldə balıq tutmaq istəyən Lənkəran sakinini “tok” vurub öldürdü

13.12.2017, 22:55
Göldə balıq tutmaq istəyən Lənkəran sakinini “tok” vurub öldürdü

Lənkəran sakinini elektrik cərəyanı vurub.

APA-nın məlumatına görə, Lənkəran rayonu, Girdəni kənd sakini, 1965-ci il təvəllüdlü Əliyev Tahir Həsən oğlu yaşadığı kəndin ərazisindəki göldə balıq tutmaq istəyib.

T. Əliyev tilovun qırmağını gölə atarkən qırmaq gölün yaxınlığındakı yüksək gərginlikli elektrik xəttinə ilişib və o, cərəyan vurması nəticəsində ölüb.

Hüquq-mühafizə orqanları araşdırma aparırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol