Azərbaycanın hansı rayonlarında “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ilin əvvəlində Mingəçevirdə regional “ASAN həyat” kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur: "2018-ci ildə Şəki, İmişli, Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında regional “ASAN xidmət” mərkəzlərinin inşasına başlanılacaq".
Qurumdan bildirilib ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır. Dekabrın 7-də Quba "ASAN həyat" kompleksinin rəsmi açılış mərasimi keçirilib. Yaxın günlərdə Quba “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayacaq".

Şərhlər
COX GOZEL RAYONUN UMUMİ YARASİXİNA YENİ İS YERLƏRİNİN ACİLMASİNA DA XEYİRDİ. TƏKİ QEYD ETDİKLƏRİMİZLƏ YANASİ MİLLƏTƏT DƏ LAYİQLİ XİDMƏT ETSİN. BİR NECƏ AY BUNDAN ƏVVƏL ADİ SMART KARTLARİNİN DƏYİSDİRİLMƏSİNƏ GORƏ 5 MANAT ASAN XİDMƏTƏ ODƏNİLİRDİSƏ İNDİ OLUB 10 MANAT. ASANDİ ELƏ DEYİLMİ 10 MANATİ 90 MANAT 3 QRUP ƏLİL UCUN QAZANİB ASAN XİDMƏTƏ ODƏMƏK? UMUMİYYƏTLƏ OLKƏDƏ QAZ SAYĞACLARİ İLƏ BAXLİ ASAN XİDMƏTDƏ GUNLƏRLƏ NOVBƏDƏ YATANLAR VAR.AZƏRİQAZİN ƏHALİYƏ VURDUĞU ZİYAN İSƏ COX ASAN BASA GƏLİR.İSLƏMİR VƏSALAM..