Menu

Avtobus yük maşınına çırpılıb - Sərnişinlər təxliyə olunub

14.12.2017, 12:00
Avtobus yük maşınına çırpılıb - Sərnişinlər təxliyə olunub

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, hadisə saat 11 radələrində Zabrat-Maştağa yolunda baş verib. 166 nömrəli xətt üzrə hərəkət edən avtobus işıqforda dayanmış yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtobusa ciddi ziyan dəyib.

Avtobusda olan sərnişinlər təxliyə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol