Menu

Medvedev məsuliyyəti Poroşenkonun üzərinə atdı

03.07.2014, 09:08
Medvedev məsuliyyəti Poroşenkonun üzərinə atdı

Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynada baş verənlərə görə məsuliyyəti şəxsən prezident Pyotr Poroşenkonun üzərinə qoyub.

APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri özünün “Facebook” səhifəsində yazıb.

Dmitri Medvedev Ukraynada baş verənləri belə şərh edib: “Atəşkəsi pozaraq prezident Poroşenko böyük səhvə yol verib. Bu yalnız qurbanların sayını artıracaq. Buna görə məsuliyyət isə artıq şəxsən onun üzərindədir”.

Medvedev həmçinin qeyd edib ki, Poroşenkonun hərəkətləri danışıqlara qayıdışı çətinləşdirir, Rusiya və Ukrayna arasında münasibətləri mürəkkəbləşdirərək bir sıra məsələlər üzrə əməkdaşlığı mümkünsüz edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol