Menu

Sarkozi ittihamlara cavab verdi

03.07.2014, 09:14
Sarkozi ittihamlara cavab verdi

Fransada sabiq dövlət başçısı Nikolya Sarkozi ətrafında qalmaqal davam edir. Rüşvətxorluqda ittiham olunan Sarkozi ittihamlara cavab verib. Bütün bu ittihamlar sonda Fransanın keçmiş prezidentinə 10 ilə qədər həbs cəzası kəsilməsi ilə nəticələnə bilər.

Keçmiş prezident və onun vəkili Tyerri Hersoq prezident seçkiləri ilə əlaqədar keçirilən təşviqat kampaniyası öncəsində Liviyanın sabiq prezidenti Müəmmər Qəddafidən 50 milyon avro maliyyə yardımı almaqda ittiham olunur. Bu fakt Sarkozinin vəkili ilə telefon danışığı zamanı üzə çıxıb. Sarkozi ötən gün ona qarşı irəli sürülən ittihamlarla əlaqədar şokda olduğunu, ittihamların gülünc olduğunu bildirib.

“Baş verənlər məni təəccübləndirdi. Mən heç kimdən mənə qarşı xüsusi münasibət göstərməsini istəmirəm. Əgər səhv bir hərəkət etmişəmsə, nəticələrinə qatlaşmağa hazıram. Mən məsuliyyətdən qaçan adam deyiləm. Lakin buradan məni izləyənlərə səslənirəm, bəs mənə aid naməhrəm söhbətlərin gizli şəkildə dinlənilməsi nə dərəcədə doğrudur”.

Sarkozi ona qarşı sürülən ittihamların onu alçaltmaq məqsədi daşıdığnı və siyasi manipulyasiya olduğunu deyib. Sabiq dövlət başçısının təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol