Menu

Metroda növbəti problem- aparatlar işləmədi, tıxac yarandı

03.07.2014, 09:52
Metroda növbəti problem- aparatlar işləmədi, tıxac yarandı

Metronun “Koroğlu” stansiyasında yerləşdirilən gediş haqqı aparatların 2-si işləmədiyindən metroda narahatlıq yaşanıb.

Axar.az xəbər verir ki, bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasında tıxac yaranıb. Buna metro kartlarına pul yüklənməsi üçün istifadə edilən 5 aparatdan ikisində yaranan nasazlıq səbəb olub. Sərnişinlər 20 dəqiqə ərzində növbə gözləməli olublar.

Xatırladaq ki, sərnişinlərin verdiyi məlumata görə, hələ də növbələr davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol