Menu

İran Yəmənə raket tədarükünə dair ABŞ-ın ittihamlarını rədd edib

14.12.2017, 23:29
İran Yəmənə raket tədarükünə dair ABŞ-ın ittihamlarını rədd edib

Rəsmi Tehran noyabrın əvvəlində Yəməndən Səudiyyə Ərəbistanına atılmış raketin İrandan alınmasına dair ABŞ-ın “təxribatçı və destruktiv” ittihamlarını rədd edir. APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında bildirilir.

“Biz qəti şəkildə bu əsassız, məsuliyyətsiz, təxribatçı və destruktiv ittihamı rədd edirik”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bundan əvvəl Vaşinqtonda Yəməndəki üsyançı husilərin Ər-Riyad aeroportuna atdığı İran istehsalı olduğu iddia edilən raketin qalıqlarını təqdim edib.

İranın BMT-dəki daimi nümayəndəliyindən nümayiş etdirilən qalıqların saxtalaşdırılmış olduğu bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol