Son 13 ildə 11882 azərbaycanlı naturalizasiya qaydasında ABŞ vətəndaşlığı alıb.
"Report" xəbər verir ki, onlardan 4959-u kişi, 6916-ı isə qadındır.
Yeddi nəfər isə rəsmi məlumatlarda hansı cinsə mənsub olduqlarını qeyd etməyiblər.
Həmçinin ABŞ-da azərbaycanlıların ən çox yaşadıqları ştatın adı açıqlanıb. Bu ölkənin Kaliforniya ştatıdır.
ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin rəsmi hesabatına əsasən, 2003-2016-cı illərdə ABŞ passportunu əldə edərkən 3954 azərbaycanlı daimi yaşayış ünvanı kimi sənədlərdə bu ştatı göstərib. İkinci yerdə Nyu- York ştatı (3331) və Missuri (1762) gəlir.
[gallery columns="2" size="full" ids="378588,378589"]


Şərhlər