Menu

"Onlar tükənməz enerji ilə çalışacaq" - İlham Əliyev

15.12.2017, 11:56
"Onlar tükənməz enerji ilə çalışacaq" - İlham Əliyev

Azərbaycan prezidenti Gənc Alimlərin Birinci Qurultayının iştirakçılarını təbrik edib.

APA-nın məlumatına görə, təbrik məktubunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub.

Dövlət başçısının təbrikində bildirilir ki, dinamik yüksəliş xalqımızın elmi potensialının nəticəsidir: "Milli ənənələrimizə sadiq gənc alimlərimizin yetişməsi önəmlidir. Gənclərimizin elmə daha yaxından cəlb olunması istiqamətində mühüm addımlar atılır. Gənc alimlərimizin elmimizin dünya səviyyəsində tanınmasında layiqli təmsilçimiz olacaqlarına inanırıq. Onlar tükənməz enerji ilə çalışacaq. Əminəm ki, qurultayda elmimizin inkişafı ilə bağlı dolğun proqram qəbul olunacaq".

Qeyd edək ki, bu gün AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan gənc alimlərinin I qurultayı keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol