“Silahlı qüvvələr Ali Baş Komandana tabedir. Bu sahəyəyə ictimai nəzarətin olmasının əleyhinəyəm. Bu iş hansı qeyri-hökumət təşkilatına tapşırılacaq, onların silahdan başı çıxırmı?”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O, orduya ictimai nəzarətin olması ilə bağlı təklifə etiraz edib: “Bəzən elə olur ki, hərbi xidmətdə olmayanlar hərbi haqqında qanundan danışır. Dünyada bu cür təcrübə var. Müqavilə əsasında formalaşan ordu olur, bu zaman ictimai nəzarətə ehtiyac yaranır".
S.Novruzov bildirib ki, orduya mütəxəssis rəhbərlik etməlidir: “Bir dəfə orduya rəhbərliyi riyaziyyatçıya həvalə etdik, nəticəsini gördük. Nələr baş verdiyi hamının yadındadı. Onun adını çəkmək istəmirəm, Milli Məclisə layiq deyil. Orduya profesionanal zabitlər olmalıdır. Media da Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad etməlidir”.


Şərhlər
Səyəvuş müəllim, orduya kənar adamların və ictimai təşkilatların müdaxilə etməsi doğru deyil.Ancaq Azərsunun və digər keyfiyyətsiz ərzaq məhsulları istehsalçılarının orduya verdiyi ərzaq məhsullarına əsgər atalarından ibarət bir nəzarət komissiyasının yaradılmasına böyük ehtiyac var.Bir də ki təminat məsələsi ordu rəhbərliyindən alınıb Nazirlər Kabineti tərəfindən yaradılmış bir quruma verilsə,pis olmaz.Bu,ordu rəhbərliyini təminat ehtiyacı ilə bağlı qayğılardan ayırıb bir başa döyüş hazırlığına yönəldər.
Atan anana rehmet seyavuş müellim lap düz deyirsiz meselen ... oglanları hansı cebhede olibki atası ona vezife verir tek ramil deyil ramiz kemaleddon qaralov talıbov memmedov memmeyarov hesenovlar özünden yeke yeke danışan novruz memmedov ve coxları evlatları xaricde kef edir nece deyeller valı balasl kef edir kasıb balası vetene xidmet edir
SIYAVUŞ ORDUDAN DEPUTAT VƏ MƏMUR UŞAQLARI YAYINIR. XİDMƏT ETSƏLƏR DƏ ADLARI YAZILIR HƏRDƏN GEDİRLƏR. YA BAKIDA YA DA SAKİT BİR YERDƏ XİDMƏTƏ ADLARI YAZILIR. HARIN MƏMUR VƏ MƏMUR UŞAQLARINININ VƏTƏNİ TORPAĞI QORUMURLAR VƏ VƏTƏN UĞRUNDA ŞƏHİD OLANI DA YOXDUR. ANCAQ KASIB UŞAQLARI QORUYUR VƏ ŞƏHİD OLUR. MƏMURLAR VƏ UŞAQLARI DA TORPAĞIN Kasıbların qanını vicdansızcasına soormaqla milyartları atmaq, talan-qarət etməklə məşquldurlar. BU MƏMURLARIN HƏYAT TƏRZİDİR.
davamı: SİYAVUŞ BAX BUNDAN DANIŞ EY YOXSA LAZIMSIZ TEMALARDAN BOŞ-BOŞ DANIŞMAĞIN NƏ MƏNASI
Siyavuş bəy bilmir ki, hərbi xidmətdən yayınanların əksəriyyəti YAP üzvləri olan yüksək və orta vəzifəli məmurlar və onların evladlarıdır.O sanki yeni Amerika açıb.Bəs niyə YAP onları ortaya çıxarmır.Axı bu yenilik deyil.
Hərdən bir düz söz də danışaa bilirmişsən.