Menu

Şri-Lanka vətəndaşı Azərbaycanda turizm mərkəzində ölüb

15.12.2017, 14:56
Şri-Lanka vətəndaşı Azərbaycanda turizm mərkəzində ölüb

“Şahdağ” turizm mərkəzində ölüm faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şri-Lanka vətəndaşı, 1964-cü il təvəllüdlü Kasturi Mudiyanselage Sherley Neomal Krishantha qəflətən ölüb.

Onun ürək tutmasının öldüyü bildirilir.

Qeyd edək ki, Şri-Lanka vətəndaşı “Şahdağ” turizm mərkəzində hotellərdən birində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol