«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) liderləri ümumavropa təhlükəsizlik sistemi yaratmaq niyyətini təsdiqləyiblər. Bu, sistem Avropanın təhlükələrə yönəlik reaksiyasını yaxşılaşdıracaq.
«Daimi strukturlaşan əməkdaşlıq» (PESCKO) planı dünən Aİ-nın sammitində müzakirə olunub. O, Aİ ölkələrinin təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyəti üçün platforma rolunu oynayacaq.
Aİ-nin prezidenti Donald Tusk qeyd edib ki, bu strukturun meydana gəlməsi Brüssel və onun müttəfiqləri üçün «yaxşı» xəbərdir, Aİ-nın düşmənləri üçün isə «pis» xəbərdir («Politico»).
Avropa ölkələrinə miqrant axını və törədilən bir sıra teror aktları fonunda Aİ ölkələri təhlükəsizlik tədbirlərini - hətta sərhədlərin bağlanmasına qədər - gücləndirməyə çağırışlar ediblər. 2016-cı ilin dekabrında isə Avropa komissiyasının xarici siyasət üzrə vitse-prezidenti Federiko Moqeriniyə tapşırılıb ki, ümumavropa təhlükəsizlik sistemi konsepsiyasını formalaşdırsın.


Şərhlər