Menu

Bakıda avtomobil ana və övladını vurub, uşaq ölüb

16.12.2017, 15:56
Bakıda avtomobil ana və övladını vurub, uşaq ölüb

Daxili İşlər Nazirliyi Bakıda ana və övladının avtomobil tərəfindən vurulması haqda rəsmi məlumat yayıb."Report"un xəbərinə görə, nazirlikdən bildirilib ki, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol