Menu

Türkiyədə zəlzələ oldu

03.07.2014, 12:04
Türkiyədə zəlzələ oldu

Türkiyənin Mərmərə bölgəsində zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla bu gün səhər saat 08.04 radələrində hiss edilib. Təkanların episentri Kuş Gölü, gücü isə 4,6 bal olub.

Boğaziçi Üniversitesi Kandilli Rəsədxanası zəlzələnin yerin 12 kilometr dərinliyində baş verdiyini bildirib.

Balıkesirə yaxın olan ərazilərdə hiss edilən zəlzələ vətəndaşları təşvişə salıb.

4,6 bal gücündəki zəlzələnin ardınca 2.9 gücündə daha bir zəlzələ qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol