Menu

İraqda olan azərbaycanlı uşaqlarla bağlı AÇIQLAMA

18.12.2017, 11:46
İraqda olan azərbaycanlı uşaqlarla bağlı AÇIQLAMA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İraqda olan azərbaycanlı uşaqların geri qaytarılması məsələsini diqqətdə saxlayır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, orada olan Azərbaycan vətəndaşlarının taleyi müvafiq qurumların tam diqqətindədir:

"Bununla bağlı tədbirlər görülür. Azərbaycanın müvafiq qurumları tərəfindən İraqda olan uşaqların Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır. Artıq uşaqların bəziləri gətirilib. Bu proses davam edir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol