Menu

Azərbaycanda qadını küçənin ortasında döyə-döyə öldürdülər

03.07.2014, 13:31
Azərbaycanda qadını küçənin ortasında döyə-döyə öldürdülər

İsmayıllı rayonunda qadını döyə-döyə öldürüblər. ANS PRESS-in Daxili İşlər Naziliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Q.Aslanov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini Rəbiyyə Talıbovanın üzərində döyülməyə xarakterik zorakılıq əlamətləri olan meyiti tapılıb. Araşdırmalar zamanı qadının döyülərək öldürüldüyü məlum olub.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol