Menu

"Dövlət tərəfindən dinə kömək göstərilir" - Siyavuş Novruzov

18.12.2017, 12:24
"Dövlət tərəfindən dinə kömək göstərilir" - Siyavuş Novruzov

"Azərbaycanın islama yanaşması düzgün formada qurulub".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru" adlı konfransda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, dünyada islamı tamam başqa ad altında təqdim edirlər: "Bəzən bu, subyektiv səbəblərdən olsa da, əksər hallarda isə bəzi ölkələr buna imkan yaradır ki, islamı onların istədikləri kimi təqdim etsinlər. İslam daxilində olan müəyyən qüvvələr prinsiplərdən kənara çıxaraq öz qanunları ilə cəmiyyəti başa istiqamətlərə yönəldərək canfəşanlıq edirlər. Ona görə də ilk olaraq bunların qarşısı alınmalıdır".

O qeyd edib ki, islamın şərhini ictimaiyyətə düzgün çatdırmaq lazımdır: "İslam oyunları keçirildikdə su əsas simvol seçildi. Bu islamla bilavasitə əlaqəli olan amil idi. Başqa atributların seçilməsi müəyyən problemlər yarada bilərdi. Çünki sui-istifadə etməyə çalışan başqa ölkələr var. İslamı düzgün olaraq "Qurani-Kərim"də təqdim olunduğu kimi bəşəriyyətə çatdırmaq vacibdir".

S.Novruzov vurğulayıb ki, Azərbaycan bu istiqamətdə düzgün yol seçib: "Dövlət tərəfindən dinə istənilən kömək göstərilir. Əsas dini tədbirlərdə dövlət başçısı şəxsən iştirak edir. Bu onun göstəricisidir ki, dünyada Azərbaycan nümunə kimi göstərilir. Ölkədə bütün dinlər bərabər şəkildə icra olunur. Qanunla qadağan olunmayan şəkildə bütün icmalar fəaliyyət göstərir".

"Vaxtı ilə Azərbaycanın ərazisi işğala məruz qalanda az islam ölkəsi bizə dəstək oldu. Əgər işğal olunan ərazilərimizdə Azərbaycan məscidləri, islam ənənələri dağıdılırsa, buna nə ad vermək olar?! Vaxtilə Dağlıq Qarabağla bağlı düzgün mövqe tutulsaydı, bu gün Qüds məsələsi təkrar olunmazdı" - o əlavə edib.

Şərhlər

dadaşyev 2017-12-18 12:24:52

"Dinə kömək göstəril"məz,ay Səyavuş müəllim,din Allahın nəzdindədir.Dindarlara kömək göstərilər."Bütün dinlər" ifadəsi də yanlışdır.Bir tək din vardır,adı İslamdır,yəhudilik-xristianlıq-məhəmmədilik din yox,vahid İslam əsasında olan dini təlimlərdir,şəriətlərdir.Şəriət isə "yol" deməkdir,yəni dinə gedən yol,üsuliddinə yox firudinə girər.Din üsuliddindir,nəzəriyyədir,şəriət isə firudindir,praktikadır yəni.Və "Azərbaycan məscidləri" yox,Azərbaycan ərazisindəki məscidlər.Belə belə işlər yəni.Hellaaas!

Abit 2017-12-18 12:24:52

Dövlet terefinden Azersu sehmdar cemiyyetine 15 milyon pul ayrılıb ,deyirem evde yaşamıram yalandan pul ödeyirem,deyir sağac al gelek quraq.Sen yaxşı olar neqativ hallardan danış.Yol polisinin adamlar soymağından danış.Her kolda bir yaramaz gizlenib.Deyirem burda niye gizlenirsen deyir hereketin tehlükesizliyini temin edirem,deyirem bes niye gizlenirsen üzde ol qoy hamı seni görsün yavaş sürsün,deyir eadaea düşmüsen 50 manatdı 20 manat ver silim vermedim birde gördüm mesaj geldisiz 50 man cerime olunursunuz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol