«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyadakı səfiri «Krım kimindir?» sualına cavab verərkən, müxtəsər olub - heç düşünmədən bəyan edib: «Ora Ukrayna ərazisidir».
Belə bəyanat rusiyalılara xoş gəlməyib və onlar aşağıdakı təklifi səsləndiriblər: «Alyaskanı geri qaytarın, ümumilikdə isə Amerikanı hindulara verin...».
ABŞ-ın Rusiyadakı səfirliyinin Tvitter-akkauntunda Con Hantsmanın xeyli populyar olan bu suala cavabı dərc olunub. Hantsman bəyan edib ki, «Krım kimindir?» sualına beynəlxalq hüquqla tanışlığı olan hər kəs belə cavab verərdi: «Krım - Ukraynadır».
Bu zaman səfir əlavə edib ki, Ukraynanın ərazi bütövlüyü mütləq bərpa olunmalıdır ki, Rusiya-ABŞ münasibətləri yaxşılaşsın.
Bundan sonra diplomata «məsləhət görülüb» ki, Amerikanı hindulara qaytarsınlar, Kosovanı Serbiyaya versinlər və sonra Krıma gedib, insanlardan soruşsunlar - onlar Ukraynaya qayıtmaq istəyirlərmi? Əgər krımlıların əksəriyyəti qayıtmaq istəsələr, o zaman iddia irəli sürmək olar.


Şərhlər
Ay bedbext rusya amerika sizi kimi seviyesiz deyil nede işxalcı olar alyaskanı pulla alıblar oların xüsusi mülküdü sende trlyonları ver krımı al olsun xüsusi mülkiyetin eger krımı ukrayna satırsa yeni siz alyaskanı könüllü satıbsız söhbetde baglanıb vessalam cüt tamam