Menu

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

19.12.2017, 10:21

kamalFövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən dekabrın 22-də Oğuz şəhərində, Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

FHN-dən APA-ya verilən məlumata görə, qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında 21 dekabr 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol