Menu

“Erməni “soyqırımı”nı Azərbaycana görə tanımırıq” – İsrailin müdafiə naziri (VİDEO)

19.12.2017, 11:17
“Erməni “soyqırımı”nı Azərbaycana görə tanımırıq” – İsrailin müdafiə naziri (VİDEO)

“İsrail erməni soyqırımını Azərbaycana görə tanımır”. Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman RTV1 telekanalına müsahibəsi zamanı bildirib.

AzVision.az xəbər verir ki, veriliş zamanı aparıcının “Bəzi beynəlxalq təşkilatlar Türkiyəyə təzyiq etmək məqsədilə İsraili “erməni soyqırımını” tanımağa çağırırlar, siz buna necə baxırsınız” sualına cavab olaraq, baş nazir bildirib ki, “Bu, hər şeydən əvvəl, tarixi, həm də, mübahisəli məsələdir. “Erməni soyqırımı” ilə bağlı İsrailin mövqeyi dəyişməzdir”.

Nazir xüsusilə qeyd edib ki, İsrailin qondarma “erməni soyqırımı”nı tanımaması birbaşa olaraq ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlıdır. “Sözsüz ki, Azərbaycanla əlaqələrimiz bizim üçün daha vacibdir”,- deyə, Aviqdor Liberman bəyan edib.

Qeyd edək ki, İsrailin müdafiə nazirinin bu bəyanatı son zamanlar “Azərbaycan və İsrail əlaqələrinin sonunun çatdığı” barədə məlumatlar dərc edən rus və erməni mətbuatına da tutarlı cavabdır.

Şərhlər

dadaşyev 2017-12-19 11:17:10

A balam,siz erməni soyqırımını tanısanız,Türkiyə də almanların yəhudi soyqırımını tanımayacaq.Deyəcək,necə oldu ki,müharibənin sonlarına yaxın Buhenvald və Osvensim həbs düşərgələri azad ediləndə o düşərgələrdən minlərlə yəhudi xilas edildi?Özü də o düşərgələrdə 3-4 il qaldıqlarını deyən yəhudilər.Əgər almanlar yəhudiləri qırırdılarsa o yəhudilər necə oldu ki,3-4 il o düşərgələrdə bəsləndilər?Və SA-nın şefi və Hitlerin gənclik dostu olan adam niyə 1938-dəki yəhudi qırğınına görə intihara məcbur edildi?

Abit 2017-12-19 11:17:10

Minnete bax e.Siz o torpaqların sahibi deyildiz.Gec tez......

dadaşyev 2017-12-19 11:17:10

davamı;1938-də Almaniyada yəhudi qırğını başlayanda Hitlerə deyirlər ki,qırğınların səbəbkarı SA-nın şefidir.Hitler onun kabinetinə gəlir və stolunun üstünə tapançasını qoyaraq deyir ki,Almaniyada qarışıqlıq törətmisən,bir general kimi öz taleyini özün həll et,çünki sən mənim gənclik dostumsan,səni həbs edəmmərəm.Deyir və adamlarıyla otaqdan çıxır.Heç 10 saniyə keçməmiş içəridən güllə səsi eşidilir.Hitler otağa girəndə görür dostu gülləni başına çaxıb.(Alman yazıçısı İoahim Fest."Adolf Hitler" kitabından)

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol