Menu

Deputat Ziya Bünyadovun tədqiqatlarını gop adlandırır - VİDEO

19.12.2017, 11:20
Deputat Ziya Bünyadovun tədqiqatlarını gop adlandırır - VİDEO

Lider TV-də yayımlanan “Status” verilişinin canlı efirində gərgin anlar yaşanıb.

Gərginlik deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında olub. Belə ki, D. Əzimli Babəkin qəhrəman olub-olmaması barədə müzakirə zamanı onun Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu dilə gətirib.

O, türklərin bölgədəki mövcud olma tarixi barədə nümunələr çəkib, Ziya Bünyadovun da bu sırada adını vurğulayıb. Lakin F. Mustafa bu mənbələrin “gop” olduğunu deyib.

D.Əzimli isə onun bu ifadəni işlətməsinin “ayıb” olduğunu dilə gətirib.

Fazil Mustafa Babəkin türk olmadığını iddia edib.

D. Əzimli deputata onun tarixdən xəbərsiz olduğunu deyib və “savadsız” adlandırıb.

Şərhlər

Filosof 2017-12-19 11:20:58

Fazili novbeti defe "zbora" gondermeyin vaxti catib

-- 2017-12-19 11:20:58

Ay Fazil Məmmədov, xahis edirəm, sus. Axı mənim sənə boyük simpatiyam var.

t.ədalət 2017-12-19 11:20:58

Nə yaxşı ki deputatların arasında milli mədəniyyətimizi,tariximizi düşünən Fazil Mustafa kimi ziyalılarımız var.Z.Bünyadov yaxşı alimdir.Ancaq onun yazdıqları Quran ayəsi deyil ki,susaq.Milli tariximiz yenidən yazılmalıdır.rusun diqtəsi altında yazılan tarix bizi təmin edə bilməz.Necə ki talışların yaşadığı bölgədə Kiçik Qafqazın Cənub sıra dağlarını "talış dağları"ediblər.Belə çıxır ki,ləzgilərin yaşadığı ərazidəki dağlara da "ləzgi dağı" deyək.

telebe 2017-12-19 11:20:58

Bu fazili bir teher deputat duzeldibler indi de tarixci olmaq esqine dusub deyesen

Bünyatov 2017-12-19 11:20:58

Ziya Bünyadovun yüzdə biri olmayan deputatın onu müzakirə etməsi absurddur.Milli Məclisdə oturan ...

noqay 2017-12-19 11:20:58

Cənab moderator!
Azərbaycan xalqının etnogenezi barədə çox geniş mütaliəyə malik, rəhmətlik Ziya müəllimi, Əlisöhbət Sumbatzadəni, İqrar müəllimi tanıyan son 2 nəfərlə bu mçövzuda söhbət etmiş bəndənizin ardıcıl 2 şərhinə "blok" qoymanız tərəfsiz şəxs yox öz mövqeyinə sərf edən şərhlərə qapı açan adam olduğunuz sübut etmirmi!? Yazıq milləti nə qədər onun mənşəyi barəd diletant nağıllar ilə aldatmaq olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol